Azərbaycan, Bakı, 27 iyul /Trend, müxbir Rufiz Hafizoğlu/
"Türkiyə İŞİD ilə qonşu olmaq istəmir".
Trend-in "Hurriyet" qəzetinə istinadən verdiyi məlumata əsasən, bunu Türkiyənin baş naziri Əhməd Davudoğlu deyib.
O bildirib ki, Türkiyənin məqsədi Suriyada İŞİD döyüşçülərindən azad edilmiş zonada bu ölkənin mötədil müxalifət qüvvələrini yerləşdirməkdir.
Baş nazir qeyd edib ki, İŞİD ilə bağlı Türkiyə və ABŞ-ın fikir ayrılığı olsa da, tərəflər arasında bununla bağlı bəzi razılaşdırılmış məsələlər var.
Ə.Davudoğlu bildirib ki, Türkiyə hazırda Suriya ərazisində İŞİD döyüşçülərinə qarşı quru əməliyyatların keçirilməsini nəzərdən keçirmir.