...

Qahirədə polis qərargahı qarşısında partlayış törədilib

Dünya xəbərləri Materials 20 Avqust 2015 14:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 avqust /Trend/

Misirin paytaxtı Qahirədə təhlükəsizlik qüvvələrinin qərargahı qarşısında partlayış törədilib. Hadisə minalanmış maşının partladılması ilə həyata keçirilib. Trend-in RIA Novosti-yə istinadən verdiyi məlumata əsasən, bu barədə "Əl-Əhrəm" portalı xəbər yayıb.

Terror aktı üçün istifadə edilən avtomobil oğurluq maşın olub.

Misir hökumətinin dərc etdiyi siyahıya əsasən, partlayış nəticəsində xəsarət alan 30 nəfərin hamısı Misir vətəndaşıdır. Onların arasında 8 nəfər polis əməkdaşı var.

Polis şəhərdə əməliyyat- axtarış tədbirləri keçirir. Bütün küçələrdə blok-postlar quraşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti