Azərbaycan, Bakı, 20 avqust /Trend/
Amerikanın Cənubi Karolina ştatında insanlar nadir təbiət hadisəsi - alov formalı göy qurşağının şəklini çəkiblər. Trend-in verdiyi məlumata əsasən, bu barədə "Mashable" xəbər yayıb.
Şəbəkədə çimərlik üzərində rəngli "alovun" yüzlərlə şəkli yayılıb.
Qeyd edilir ki, çimərlikdə istirahət edənlər qeyri-adi göy qurşağını 2 saata yaxın izləyə biliblər. Meteoroloqların məlumatına əsasən, bu, nadir halda rast gəlinən təbiət hadisədir. Alov formalı göy qurşağının əmələ gəlməsi üçün günəş üfüqdən minimum 58 dərəcə hündürlükdə yerləşməlidir.