...

Türkiyə hava insidentlərinin qarşısını almaq məsələsini Rusiya ilə müzakirə etməyə hazırdır (ƏLAVƏ OLUNUB)

Dünya xəbərləri Materials 7 Oktyabr 2015 13:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 oktyabr /Trend, müxbir Rufiz Hafizoğlu/

Türkiyə istənilən hava insidentlərinin qarşısını almaq məsələsini Rusiya ilə müzakirə etməyə hazırdır. Bu barədə Trend Türkiyə XİN-in saytına istinadən məlumat verir.

Qeyd edilir ki, Türkiyənin hava məkanının pozulması ilə bağlı insidentin müzakirəsi üçün Rusiya ilə birgə işçi qrupu hələ yaradılmayıb.

Xatırladaq ki, oktyabrın 3-də Suriyada hərbi əməliyyatlar həyata keçirən Rusiya HHQ-yə məxsus təyyarələr Türkiyənin hava məkanını pozmuşdu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti