...

Türkiyə dəstək üçün NATO-ya müraciət etmək məcburiyyətində qalmayacağına ümid edir (ÖZƏL)

Dünya xəbərləri Materials 8 Oktyabr 2015 15:18 (UTC +04:00)
Moskva unutmamalıdır ki, Türkiyənin hava məkanı, eyni zamanda NATO-nun hava məkanıdır.
Türkiyə dəstək üçün NATO-ya müraciət etmək məcburiyyətində qalmayacağına ümid edir (ÖZƏL)

Azərbaycan, Bakı, 8 oktyabr /Trend, müxbir Rufiz Hafizoğlu/

"Rəsmi Ankara ümid edir ki, Suriyada hərbi əməliyyatlarda iştirak edən Rusiya hərbi təyyarələrinin Türkiyənin hava məkanını pozmasından sonra dəstək üçün NATO-ya müraciət etmək məcburiyyətində qalmayacaq".

Bunu Trend-ə Türkiyə Prezidenti Administrasiyasındakı mənbə deyib.

Onun sözlərinə görə, Türkiyə və Rusiya bu məsələni birlikdə həll edə bilər: "Lakin Moskva unutmamalıdır ki, Türkiyənin hava məkanı, eyni zamanda NATO-nun hava məkanıdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti