...

İran və Türkiyə Suriya böhranının həllində siyasi potensiallarından istifadə etməlidir

Dünya xəbərləri Materials 6 Noyabr 2015 15:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 noyabr /Trend, müxbir Təmkin Cəfərov/

İran və Türkiyə Suriya və İraqdakı böhranın həlli üçün siyasi potensiallarından istifadə etməlidir və bu sahədə əməkdaşlığı artırmalıdırlar.

Trend-in IRNA-ya istinadən verdiyi məlumata görə, bunu İranın I vitse-prezidenti İshaq Cahangiri ötən axşam Türkiyənin Baş naziri Əhməd Davudoğlu ilə telefon söhbətində deyib.

İ.Cahangiri Türkiyədə keçirilən parlament seçkilərində hakim partiyanın qələbə qazanması münasibətilə Ə.Davudoğlunu təbrik edib: "İran ötən 14 ildə Türkiyə hökuməti ilə çox yaxşı münasibətdə olub və ümid edirik yeni dönəmdə də əlaqələrimizin inkişafı və möhkəmləndirilməsi üçün böyük addımlar atacağıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti