...

Prezident Adiministrasiyası: Rusiya Türkiyə ilə münasibətləri təhlükəyə salır (ÖZƏL)

Dünya xəbərləri Materials 24 Noyabr 2015 11:49 (UTC +04:00)

Bakı. Rufiz Hafizoğlu - Trend:

Moskva Suriya ordusu ilə ölkədə etnik türkmanlara qarşı birgə hərbi əməliyyatlar keçirməklə Türkiyə ilə münasibətlərini təhlükəyə salır. Bunu Trend-ə Türkiyə Prezidenti Administrasiyasından deyiblər.

Administrasiyadan qeyd ediblər ki, Suriyadakı etnik türkmanların bu ölkədəki terror qruplaşmaları ilə heç bir əlaqəsi yoxdur: "Bu fonda Rusiyanın qəsdən Türkiyə ilə əlaqələri korlamağa çalışması təəssüratı yaranır".

Administrasiyadan bildiriblər ki, Türkiyə suriyalı türkmanlara qarşı hərbi əməliyyatları regionun türkdilli əhalisinə qarşı etnik təmizləmənin başlaması kimi qiymətləndirə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti