...

Rusiya səfiri yenidən Türkiyə XİN-ə çağırıldı

Dünya xəbərləri Materials 7 Dekabr 2015 18:38 (UTC +04:00)
Rusiyanın Ankaradakı səfiri Andrey Karlov yenidən Türkiyə Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
Rusiya səfiri yenidən Türkiyə XİN-ə çağırıldı

Bakı. Rufiz Hafizoğlu - Trend:

Rusiyanın Ankaradakı səfiri Andrey Karlov yenidən Türkiyə Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. Bu barədə Trend "Haber7" qəzetinə istinadən məlumat verir.

Buna səbəb İstanbul boğazından keçən Rusiyaya məxsus "Sezar Kunikov" hərbi gəmisinin göyərtəsindəki əsgərin əlində "Strela-2" daşınan zenit raket kompleksinin görünməsi olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti