Bakı. Rufiz Hafizoğlu - Trend:
PKK üzvləri təslim olmalıdırlar. Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyə Prezidenti Administrasiyasının mətbuat katibi İbrahim Kalın deyib.
İ.Kalın qeyd edib ki, PKK Türkiyə ərazisində yaşayan kürdlərin nümayəndəliyi deyil.
Onun sözlərinə görə, PKK İŞİD terror qruplaşmasından fərqlənməyən terror təşkilatıdır.
Qeyd edək ki, 2015-ci ildə Türkiyədə PKK üzvləri ilə silahlı toqquşmalar zamanı 200-dən çox hərbi qulluqçu həlak olub.