...

Aİ Aleksandr Lukaşenkoya qarşı sanksiyaları dayandırıb

Dünya xəbərləri Materials 15 Fevral 2016 16:53 (UTC +04:00)
Avropa İttifaqı (Aİ) Belarus Prezidenti Aleksandr Lukaşenko və ölkənin digər rəsmi şəxslərinə qarşı sanksiyaları dayandırıb.
Aİ Aleksandr Lukaşenkoya qarşı sanksiyaları dayandırıb

Bakı. Elçin Hüseynov - Trend:

Avropa İttifaqı (Aİ) Belarus Prezidenti Aleksandr Lukaşenko və ölkənin digər rəsmi şəxslərinə qarşı sanksiyaları dayandırıb. Trend-in məlumatına görə, bu barədə RİA Novosti Brüsseldəki diplomatik mənbələrə istinadən xəbər verir.

Mənbənin dediyinə görə, artıq Aİ ölkələrinin xarici işlər nazirləri bununla bağlı qərarı təsdiqləyiblər. Lakin bu qərar hələ rəsmən açıqlanmayıb.

Eyni zamanda İsveçin xarici işlər naziri xanım Marqot Vallström bildirib ki, Belarusa qarşı sanksiyalar öz nəticəsini verməyib və bu məhdudiyyət davam etdirilməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti