...

Fransada fövqəladə vəziyyət rejimi uzadıldı

Dünya xəbərləri Materials 17 Fevral 2016 08:17 (UTC +04:00)

Bakı. Trend:

Fransa Senatı ölkədə fövqəladə vəziyyət rejiminin 3 ay müddətinə - may ayının 26-na qədər uzadılması qərarını təsdiqləyib.

Trend-in TASS agentliyinə istinadən verdiyi məlumata görə, səsvermədə iştirak edən deputatlardan 212-si rejimin saxlanılmasının lehinə, 31-i isə əleyhinə səs verib.

Noyabrda keçirilən səsvermədə isə 551 deputatdan altısı qərarın əleyhinə səs vermişdi, biri isə bitərəf qalmışdı.

Xatırladaq ki, 13 noyabrda Fransanın paytaxtı Paris şəhərində reallaşdırılan terror aktlarından sonra ölkə Prezidenti Fransua Olland fövqəladə vəziyyət elan etmişdi.

Xəbər lenti

Xəbər lenti