...

BMT Suriyada atəşkəs rejiminə dair qətnaməni təsdiqləyəcək

Dünya xəbərləri Materials 26 Fevral 2016 11:50 (UTC +04:00)
Rusiya və ABŞ Suriyada atəşkəs rejimini nəzərdə tutan qətnamə layihəsini BMT Təhlükəsizlik Şürasına (TŞ) təqdim edib.
BMT Suriyada atəşkəs rejiminə dair qətnaməni təsdiqləyəcək

Bakı. Elçin Hüseynov - Trend:

Rusiya və ABŞ Suriyada atəşkəs rejimini nəzərdə tutan qətnamə layihəsini BMT Təhlükəsizlik Şürasına (TŞ) təqdim edib. Trend RİA Novosti-yə istinadən xəbər verir ki, sənədə əsasən atəşkəs fevralın 27-dən qüvvəyə minir.

Qətnamə qəbul edilən vaxt sənədə rəsmi Moskva və Vaşinqtonun bəyanatları da əlavə olunacaq. Bəyanatlarda atəşkəsin şamil olunacağı tərəflərin siyahısı da göstəriləcək.

Rəsmi Dəməşq və ölkə müxalifətinin nümayəndələri bu razılaşmanı qəbul edərək ona sadiq qalacaqlarını artıq bəyan ediblər.

Qətnaməyə TŞ tərəfindən bu gün Nyu-York vaxtı ilə saat 15.00-da baxılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti