...

Türkiyə kəşfiyyatı yeni terror təhlükəsi barədə xəbərdarlıq etdi

Dünya xəbərləri Materials 2 Mart 2016 10:05 (UTC +04:00)

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyə kəşfiyyatı yeni terror təhlükəsi barədə xəbərdarlıq edib. Bu barədə Trend Türkiyənin "Haber7" qəzetinə istinadən məlumat verir.

Kəşfiyyatın əldə etdiyi məlumata görə, "İslam dövləti" terror təşkilatının iki üzvü Suriya qaçqını kimi Türkiyə sərhədlərini keçib. Qəzetin verdiyi məlumata görə, terror hadisələri Türkiyənin cənub-şərqi əyalətlərində nəzərdə tutulub.

Xatırladaq ki, fevralın 17-də Ankarada parlament binası yaxınlığında baş vermiş partlayış nəticəsində 28 nəfər ölüb, 61 nəfər yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti