...

Qazaxıstan prezidenti parlament seçkilərində səs verib

Dünya xəbərləri Materials 20 Mart 2016 10:34 (UTC +04:00)
Qazaxıstan prezidenti Nursultan Nazarbayev ölkədə keçiriən parlament seçkilərində səs verib.
Qazaxıstan prezidenti parlament seçkilərində səs verib

Bakı. Trend:

Qazaxıstan prezidenti Nursultan Nazarbayev ölkədə keçiriən parlament seçkilərində səs verib.

Trend-in məlumatına görə, prezident Məktəblilər Sarayının binasında yerləşən 81 saylı seçki məntəqəsində səs verib.

Ölkədə 9840 seçki məntəqəsi fəaliyyət göstərir. Səsvermə yerli vaxtla saat 20:00-dək davam edəcək. Seçici siyahılarına 9 milyon 791 min nəfərin adı daxil olunub.

Aşağı palatada 98 yer (partiya siyahıları üzrə) uğrunda 6 siyasi partiya mübarizə aparır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti