...

Təyyarəni qaçıran saxlanılıb (ƏLAVƏ OLUNUB 17)

Dünya xəbərləri Materials 29 Mart 2016 15:50 (UTC +04:00)
А320 təyyarəsini qaçıran şəxs Kipr təhlükəsizlikl qüvvələri tərəfindən saxlanılıb.
Təyyarəni qaçıran saxlanılıb (ƏLAVƏ OLUNUB 17)

İlk xəbər saat 10:26-da yayımlanıb

Bakı. Trend:

А320 təyyarəsini qaçıran şəxs Kipr təhlükəsizlikl qüvvələri tərəfindən saxlanılıb. Onun üzərində partlayıcı olmayıb.

Saxlanılan həbs edilib.

x x x

Qaçırılmış A320 təyyarəsini bir neçə nəfər tərk edib. Trend-in TASS agentliyinə istinadən verdiyi məlumata görə, beş nəfər trapdan enib, pilot isə kabinin pəncərəsindən çıxıb.

6 nəfərin hamısının heyət üzvü olduğu bildirilir.

Onları axtarış aparan xüsusi təyinatlılar qarşılayıb.

x x x

A320 təyyarəsini qaçıran Türkiyəyə uçmağa hazırlaşır. Bunun üçün o, təyyarəni dərhal yanacaqla doldurmağı tələb edib. Bu barədə Trend RİA Novosti-yə istinadən məlumat veir.

Bu arada təyyarəni Misir ordusunun keçmiş zabitinin qaçırdığı bildirilir.

x x x

Qaçırılmış Misir təyyarəsindən daha iki girov azad edilib. Trend-in məlumatına görə, Kipr xəbərlər agentliyi xəbər verib ki, bunadək əvvəlcə 49, sonra isə 5 nəfər azad edilmişdi.

Təyyarənin göyərtəsində 55 sərnişinin və 7 heyət üzvünün olduğu bildirilir.

x x x

Sərnişin təyyarəsini qaçıran Misirdəki həbsxanalarda olan məhbusların azad edilməsini tələb edib. Trend-in məlumatına görə, bu barədə Kipr radiosu xəbər verib.

x x x

Qaçırılmış Misir təyyarəsinin göyərtəsində yeddi nəfər qalıb: kapitan, ikinci pilot, stüardessa, təhlükəsizlik zabiti və 3 sərnişin. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Misirin mülki aviasiya naziri Şərif Fəthi deyib.

Onun sözlərinə görə, təyyarə qaçırılarkən göyərtəsində 55 sərnişin olub.

x x x

Təyyarənin qaçırılması zamanı xəsarət alan və ya tibbi yardıma ehtiyacı olanlar barədə məlumat yoxdur. Trend-in məlumatına görə, bu barədə RİA Novosti-yə Larnak hava limanının əməkdaşı telefonla bildirib.

x x x

EgyptAir Misir aviaşirkətinin təyyarəsini qaçırmış şəxs daha 5 sərnişini azad edib. Trend-in məlumatana görə, bu baraədə TACC xəbər verir.

Məlumata görə, təyyarənin ekipaj üzvləri misirli İbrahim Samaha bütün sərnişinləri azad etməyənə qədər təyyarəni tərk etməyəcəklərini bildirblər.

x x x

Qaçırılmış Misir təyyarəsinin göyərtəsində partlayıcı maddələr aşkarlanmayıb. Trend-in məlumatına görə bu barədə "Haaretz" qəzeti Kipr mənbələrinə istinadən xəbər verir.

x x x

A320 təyyarəsini qaçıran misirli İbrahim Samah ABŞ-ın Atlanta ştatındakı universitetdə müəllimdir.

x x x

Misir təyyarəsini qaçıran Kiprdə siyasi sığınacaq istəyib. Onun digər tələbləri barədə hələ məlumat yoxdur.

A320 təyyarəsini qaçıran misirli İbrahim Samahdır. Bu barədə Trend RİA Novosti-yə istinadən məlumat verir.

X X X

А-320 təyyarəsini qaçıran şəxslə danışıqlar nəticəsində 5 xarici vətəndaş və ekipaj üzvləri istisna olmaqla artıq 50 nəfər azad edilib. Trend-in məlumatına görə, bu barədə RİA Novosti xəbər verir.

Qaçırılmış təyyarədə 8 Böyük Britaniya, 10 ABŞ vətəndaşı olub.

Təyyarəni qaçıran şəxs polis qüvvələrinin hava limanından kənarlaşdırılmasını tələb edir.

X X X

Təxminən 20 nəfər sərnişin qaçırılan А-320 təyyarəsini tərk edib.

X X X

А-320 təyyarəsini qaçıran şəxs Misir vətəndaşlarına təyyarəni tərk etməyə icazə verib. Trend-in məlumatına görə, bu barədə RİA Novosti xəbər verir.

Hazırda təyyarəni qaçıran şəxslə Kipr hökuməti üzvləri danışıqlar aparırlar.

X X X

EgyptAir aviaşirkəti А-320 təyyarəsinin qaçırıldığını təsdiq edib və yaxın dəqiqələrdə rəsmi bəyanatla çıxış edəcək. Trend-in məlumatına görə, bu barədə RİA Novosti xəbər verir.

А-320 EgyptAir təyyarəsinin qaçırılmasını Kipr Xarici İşlər Nazirliyi də təsdiq edib.

X X X

Egypt Air aviaşirkətinə məxsus, İskəndəriyyə-Kipr marşrutu üzrə hərəkət edən təyyarəni qaçıran şəxs komandiri və sərnişinləri onun tələbləri yerinə yetirilməyəcəyi halda təyyarəni partlatmaqla hədələyib. Trend-in məlumatına görə, bu barədə RİA Novosti "Əl-Bələd" xəbər portalına istinadən xəbər verir.

Həmçinin məlumat verilir ki, təyyarənin komandari Qahirədəki dispetçerlərə təyyarənin qaçırıldığı və Kiprdə eniş edəcəyi barədə xəbər verə bilib.

X X X

Naməlum şəxslər tərəfindən qaçırılan A-320 sərnişin təyyarəsi Kiprin Larnaka aeroportunda eniş edib. Trend-in məlumatına görə, bu barədə "Reuters" agentliyi xəbər verir.

Təyyarə İskəndəriyyə-Kipr marşrutu üzrə hərəkət edirmiş. Təyyarənin göyərtəsində 81 nəfərin olduğu bildirilir.

X X X

EgyptAir aviaşirkətinin təyyarəsi naməlum şəxslər tərəfindən qaçırılıb. Trend-in məlumatına görə, bu barədə TACC "Bloomberg"ə istinadən xəbər verir.

Xəbər yenilənir

Məqalədə:
Xəbər lenti

Xəbər lenti