...

Maxaçqala yaxınlığındakı partlayışda şübhəli bilinən şəxs saxlanılıb

Dünya xəbərləri Materials 31 Mart 2016 12:38 (UTC +04:00)
Dağıstan işıqları şəhərində Mahaçqala yaxınlığında Rusiya Daxili İşlər Nazirliyinin avtomobil karvanının partladılmasında şübhəli bilinən şəxslərdən bir nəfər saxlanılıb.
Maxaçqala yaxınlığındakı partlayışda şübhəli bilinən şəxs saxlanılıb

Bakı. Elçin Hüseynov - Trend:

Dağıstan işıqları şəhərində Mahaçqala yaxınlığında Rusiya Daxili İşlər Nazirliyinin avtomobil karvanının partladılmasında şübhəli bilinən şəxslərdən bir nəfər saxlanılıb.

Trend TASS-a istinadən xəbər verir ki, bu barədə Dağıstanın hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.

İstintaqın məlumatına əsasən, saxlanılan şəxs "cənub quldur dəstəsi" adlandırılan birləşmənin üzvüdür. Tutulan şəxsin adı açıqlanmır.

Xatırladaq ki, martın 29-u yerli vaxtla 21.00 radələrində Dağıstanda naməlum şəxslər kustar üsulla hazırlanmış partladıcı qurğu vasitəsilə "Ural" və "UAZ" markalı hərbi avtomobilləri partladıblar.

RİA Novosti-nin məlumatına əsasən, maşında və onu müşayiət edən "UAZ" markalı avtomobildə ümumilikdə 10-dan çox hərbçi olub. Partlayış nəticəsində iki hərbçi yaralanıb, biri isə ölüb.

Ötən gün "Amaq" agentliyi bildirib ki, İŞİD ("İslam dövləti") terror təşkilatı avtomobil karvanının partladılmasına görə məsuliyyəti üzərinə götürüb. Terror təşkilatından deyiblər ki, partlayışı onların yerli özəyi törədib.

İslamçı qruplaşmaların aktivliyinin müşahidəsini aparan SITE Intelligence Group şəbəkəsi həmçinin İŞİD-in bu partlayışa aidiyyatı olmasına dair xəbər yayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti