...

Rusiya və Belarus hava hücumundan müdafiə sistemini işə salıblar

Dünya xəbərləri Materials 6 Aprel 2016 18:26 (UTC +04:00)
Rusiya və Belarus Şərqi Avropa regionundakı birləşmiş hava hücumundan müdafiə sisteminin formalaşdırılmasını tam şəkildə başa çatdırıblar.
Rusiya və Belarus hava hücumundan müdafiə sistemini işə salıblar

Bakı. Elçin Hüseynov - Trend:

Rusiya və Belarus Şərqi Avropa regionundakı birləşmiş hava hücumundan müdafiə sisteminin formalaşdırılmasını tam şəkildə başa çatdırıblar. Trend RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Rusiya Hərbi Kosmik Qüvvələrinin baş komandanının birinci müavini Pavel Kuraçenko bildirib.

O deyib ki, iki ölkə arasında imzalanan sazişin həyata keçirilməsi başa çatıb: "Bundan sonra əsas səylər havadan müdafiə sahəsində birgə hərbi növbəliliyin aparılmasından, operativ və döyüş hazırlığı üzrə birgə praktiki səylərdən ibarət olacaq".

P.Kuraçenko xatırladıb ki, Rusiya-Belarus İttifaq Dövlətinin hava məkanında sərhədlərin birgə mühafizəsinin aparılması və birləşmiş regional sistemin yaradılması haqqında saziş 2009-cu ildə imzalanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti