...

Türkiyə və İsrail münasibətlərini normallaşdıracaq

Dünya xəbərləri Materials 8 Aprel 2016 11:38 (UTC +04:00)

Bakı. Elçin Hüseynov - Trend:

Türkiyə və İsrail münasibətlərin normallaşmasına dair danışıqlarda tərəqqi əldə ediblər.

Trendin məlumatıina əsasən, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında deyilir.

İki ölkə nümayəndələri ötən gün Londonda görüş keçiriblər. Türkiyə tərəfini XİN başçısıının müavini Firudin Sınırlıoğlu, qarşı tərəfi isə - İsrail baş nazirinin xüsusi nümayəndəsi Cozef Siçanover və Milli Təhlükəsizlik Şurasının başçısının müavini Yakov Nagel təmsil ediblər.

Tərəflər imzalanacaq sənədlərin yaxın vaxtlarda keçiriləcək görüşdə başa çatdırılacağı haqqında razılıq əldə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti