...

Amerikalı selfiyə ğörə 20 il həbs cəzası aldı (VİDEO)

Dünya xəbərləri Materials 9 Aprel 2016 12:43 (UTC +04:00)
Kaliforniya Ştatında yanğın fonunda selfi çəkən ABŞ vətəndaşı 20 il həbs cəzası alıb və 60 milyon dollar məbləğində cərimə edilib.
Amerikalı selfiyə ğörə 20 il həbs cəzası aldı (VİDEO)

Bakı. Elçin Hüseynov - Trend

Kaliforniya Ştatında yanğın fonunda selfi çəkən ABŞ vətəndaşı 20 il həbs cəzası alıb və 60 milyon dollar məbləğində cərimə edilib.

Trend "Reuters"ə istinadən xəbər verir ki, Ueyn Allen Hantsman məhkəmədə meşə massivinin yandırılmasında və əmlakın məhv edilməsində günahı boynuna alıb. Əvvəl isə U.A.Hantsman yanğına aidiyyatından boyun qaçırıb.

U.A.Hantsman yanğından dərhal sonra meşədə iki tonqal arasında çəkdiyi videonu ona meşədən evakuasiya olmaq üçün yardım edən bir sürücüyə göstərib. Sürücü isə bu roliki telefonuna çəkərək polisə təqdim edib. Beləliklə, U.A.Hantsman polisin şübhələri altına düşüb və bir necə gündən sonra həbs edilib.

Qeyd edək ki, 2014-cı ildə Kaliforniyada baş vermiş yanğın son on illər ərzində ən ğüclü yanğınlardan olub. Yanğın 100 min akr ərazini əhatə edib. Fəlakət zamanı 12 yaşayış binası və 100 tikili məhv olub. Yanğının söndürülməsinə 1 aya yaxın vaxt sərf edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti