...

Türkiyədə avtobus dərəyə düşüb - ölənlər var

Dünya xəbərləri Materials 11 Aprel 2016 11:52 (UTC +04:00)

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyənin Afyonhisar vilayətində avtobusun iştirakı ilə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində ilkin məlumata görə, 3 nəfər ölüb, 41 nəfər isə xəsarət alıb.

Qəzaya səbəb avtobusun idarə edilməsinin itirilməsi olub, bundan sonra nəqliyyat vasitəsi çevrilərək dərəyə düşüb.

Ölən və xəsarət alanların şəxsiyyəti və vətəndaşlığı hələ müəyyən edilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti