...

Moskvada may bayramlarında terakt planları

Dünya xəbərləri Materials 5 May 2016 13:32 (UTC +04:00)
Moskva məhkəməsi may bayramlarında Rusiya paytaxtında terror aktlarının planlaşdırılmasında şübhəli bilinən Aybek Səidovun 2 aylıq həbs edilməsinə dair qərar verib.
Moskvada may bayramlarında terakt planları

Bakı. Elçin Hüseynov - Trend:

Moskva məhkəməsi may bayramlarında Rusiya paytaxtında terror aktlarının planlaşdırılmasında şübhəli bilinən Aybek Səidovun 2 aylıq həbs edilməsinə dair qərar verib.

Bu barədə Trend TASS-a istinadən xəbər verir.

Məhkəmə istintaqın vəsatətini təmin edərək şübhəli bilinən A.Səidovun iyulun 3-nə kimi həbsdə saxlanılmasına dair qərar verib.

Daha əvvəl Rusiya KİV-nin məlumatına əsasən, Mərkəzi Asiya ölkələrinin vətəndaşları Moskvada may ayının əvvəllərində silsilə terror aktlarını həyata keçirməyi planlaşdırırdılar. Planlara görə, terrorçular kütləvi gəzinti yerlərində insanlara atəş açmaq fikrində idilər.

Terrorçuların bir qismi Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti