Bakı. Rufiz Hafizoğlu - Trend:
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) növbədənkənar yığıncağı mayın 22-də keçiriləcək.
Bu barədə Trend "Yeni Şəfəq" qəzetinə istinadən məlumat verir.
Növbədənkənar yığıncağın keçirilməsi barədə qərar ötən gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Baş nazir Əhməd Davudoğlu arasında keçirimiş görüşdə qəbul olunub.
AKP-nin sədri postuna namizədlərin adları açıqlanıb.
Namizədlər sırasında Nəqliyyat, gəmiçilik və kommunikasiyalar naziri Binəli Yıldırım, Ədliyyə naziri Bəkir Bozdağ, Energetika və təbii sərvətlər naziri Berat Albayrak və hakim partiyadan Numan Kurtulmuş ilə Mehmet Əli Şahin var.