...

KİV: İsrailli Allahı məhkəməyə verib

Dünya xəbərləri Materials 7 May 2016 12:14 (UTC +04:00)
İsrailin Hayfa şəhərinin məhkəməsinə Allaha qarşı şikayət ərizəsi ilə müraciət edilib.
KİV: İsrailli Allahı məhkəməyə verib

Bakı. Elçin Hüseynov - Trend:

İsrailin Hayfa şəhərinin məhkəməsinə Allaha qarşı şikayət ərizəsi ilə müraciət edilib. Trend RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə "The Times of Israel" qəzeti yazır.

Adı açıqlanmayan ərizəçi bildirib ki, tanrı son zamanlar ona qarşı ədalətli deyil. Keçirilən məhkəmə iclası zamanı protokolda qeyd edilib: "Tanrı cavabdeh tərəf kimi məhkəməyə gəlməyib".

Hakim iddia ərizəsini gülünc adlandırıb və qeyd edib ki, şikayətçi kömək üçün başqa bir kəsə müraciət etməlidir.

Qəzet qeyd edir ki, ərizəçi bundan əvvəllər də Allaha qarşı şikayətlərlə çıxış edib. 3 il ərzində o polisdən tələb edib ki, Tanrı ona yaxınlaşmasın.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti