...

Misirin Mülki Aviasiya Nazirliyi "Egypt Air" şirkətinə məxsus təyyarənin qəzaya uğramasını təsdiqləyib

Dünya xəbərləri Materials 19 May 2016 11:35 (UTC +04:00)

Bakı. Elçin Hüseynov - Trend:

Misirin Mülki Aviasiya Nazirliyi "Egypt Air" şirkətinə məxsus "A320" sərnişin təyyarəsinin qəzaya uğraması faktını təsdiqləyib. Bu barədə Trend TASS-a istinadən xəbər verir.

Təyyarə Paris-Qahirə istiqamətində uçarkən qəzaya uğrayıb. Təyyarə Qahirə beynəlxalq hava limanına yerli vaxtla 03.05-də enməli idi, amma Misir sahilinə 280 km qalmış Aralıq dənizindən uçan zaman radarlardan yox olub.

Təyyarənin göyərtəsində 12 ölkəni təmsil edən 56 sərnişin və 10 heyət üzvü olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti