Bakı. Rufiz Hafizoğlu - Trend:
Türkiyə və Rusiyanın bir-birinə ehtiyacı var. Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyə Baş nazirinin müavini Numan Kurtulmuş deyib.
O bildirib: "Tükiyə əvvəlki kimi bəyan edir ki, Rusiyaya məxsus Su-24 təyyarəsi vurulanda Ankara həmin bombardmançının kimə aid olduğunu bilmirdi".
N.Kurtulmuş ümid etdiyini bildirib ki, Ankara və Moskva dialoq yolu ilə münasibətlərdəki böhranı nizamlaya biləcəklər.