...

Avro-2016: Fransa qələbə ilə başladı (FOTO, VİDEO)

Dünya xəbərləri Materials 11 İyun 2016 01:00 (UTC +04:00)
Fransada futbol üzrə Avropa çempionatına (Avro-2016) start verilib.
Avro-2016: Fransa qələbə ilə başladı (FOTO, VİDEO)

Bakı. Trend:

Fransada futbol üzrə Avropa çempionatına (Avro-2016) start verilib.

Trend-in məlumatına görə, açılış matçında Fransa və Rumıniya komandaları qarşılaşıblar.

Oyunun ilk hissəsində qapılar toxunulmaz qalsa da, ikinci hissədə fransalı Olivye Jiru 58-ci dəqiqədə çempionatın ilk qolunu vurub. Lakin 65-ci dəqiqədə Stanku Fransanın qapısına təyin edilən turnirin ilk penalti zərbəsini dəqiq yerinə yetirərək hesabı bərabərləşdirib.

Avro-2016-da yeniliklər

Avro-2016-da yeniliklər

Bundan sonra fransızlar oyunda üstünlüyü tam ələ keçirsələr də, rumınların müdafiəsini yalnız 89-cu dəqiqədə yara biliblər - Dimitri Paye topu doqquzluğa göndərib. Beləliklə, Fransa ilk oyunda 2:1 hesabı ilə qələbə qazanıb.

Qeyd edək ki, çempionat iyunun 11-də Albaniya - İsveçrə, Uels - Slovakiya və İngiltərə - Rusiya oyunları ilə davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti