...

Roma papası İstanbul teraktını pisləyib

Dünya xəbərləri Materials 29 İyun 2016 14:58 (UTC +04:00)
Roma papası Fransisk İstanbul hava limanında baş vermiş terror aktını pisləyib.
Roma papası İstanbul teraktını pisləyib

Bakı. Trend:

Roma papası Fransisk İstanbul hava limanında baş vermiş terror aktını pisləyib. Trend bu barədə RİA Novosti-yə istinadən xəbər verib.

Papa deyib: "Ötən axşam İstanbulda insanlığa sığmayan terror hadisəsi baş verib ki, nəticədə çox sayda ölən və yaralanalar var. Hadisə qurbanlarına rəhmət diləyib, onların ailə üzvləri və türk xalqı üçün dua edək".

Qeyd edək ki, İstanbulun Atatürk hava limanında 3 terrorçu-intiharçı özünü partladıb. Son rəsmi məlumatlarda terror aktı nəticəsində ölənlərin sayının 41 nəfərə çatdığı, 239 nəfərin isə yaralandığı bildirilir. Ölənlər arasında Türkiyə, Səudiyyə Ərəbistanı, İraq, Tunis, Özbəkistan, İran, İordaniya və Ukrayna vətəndaşları var.

İlkin məlumatlara görə, terror aktının arxasında İŞİD terror təşkilatı dayanır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti