Bakı. Trend:
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbula gəlib.
Trend-in TRT kanalına istinadən verdiyi məlumata görə, Ərdoğan bəyan edib ki, hərbi çevriliş etməyə cəhd edən hərbçilər məqsədlərinə nail ola bilməyəcək və Türkiyədə demokratiya qalib gələcək.
Şənbə günü gecə Türkiyədə hərbi çevrilişə cəhd edilib. Hərbi çevrilişə cəhd nəticəsində 17 polis əməkdaşı həlak olub. Hərbi çevriliş etməyə cəhd edənlər Atatürk hava limanını tutmağa cəhd edib.