...

Türkiyə Baş qərargahına müvəqqəti rəhbər təyin edilib

Dünya xəbərləri Materials 16 İyul 2016 08:00 (UTC +04:00)

Bakı. Trend:

Türkiyə Silahlı Qüvvələrinin Baş qərargahına müvəqqəti rəhbər təyin edilib. Trend-in TRT Haber telekanalına istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin Baş naziri Binəli Yıldırım deyib.

Onun sözlərinə görə, Baş qərargahın müvəqqəti rəhbəri ordu generalı Ümit Dundardır.

Qeyd edək ki, ötən gecə Türkiyədə hərbi çevrilişə cəhd edilib. Hərbi çevrilişə cəhd nəticəsində 17 polis əməkdaşı olmaqla 60 nəfərin həlak olduğu bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti