...

Baş qərargah: Türkiyə Ordusunun hərbi çevrilişə cəhd ilə bağlılığı yoxdur

Dünya xəbərləri Materials 16 İyul 2016 12:41 (UTC +04:00)
Türkiyə Ordusunun ölkədə hərbi çevrilişə cəhd ilə heç bir bağlılığı yoxdur.
Baş qərargah: Türkiyə Ordusunun hərbi çevrilişə cəhd ilə bağlılığı yoxdur

Bakı. Trend:

Türkiyə Ordusunun ölkədə hərbi çevrilişə cəhd ilə heç bir bağlılığı yoxdur.

Trend-in TRT Haber telekanalına istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə Silahlı Qüvvələrinin müvəqqəti rəisi Ümit Dundar deyib.

O bildirib ki, Türkiyə ordusu, hökuməti və xalqı birgə çevrilişə cəhdin qarşısını alacaq.

Qeyd edək ki, şənbə gününə keçən gecə Türkiyədə hərbi çevrilişə cəhd olub. Hadisə nəticəsində 90 nəfər həlak olub, 1500-dən çox yaralı var. Hərbi çevrilişə cəhdə görə saxlanılanların sayı 1563 nəfərə çatıb. Türkiyədə hakimiyyətə təslim olan hərbçilərin sayı isə 700 nəfərə çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti