...

Moskva Türkiyənin qanuni rəhbərliyi ilə konstruktiv əməkdaşlığa hazırdır

Dünya xəbərləri Materials 16 İyul 2016 13:08 (UTC +04:00)
Moskva Türkiyənin qanuni seçilmiş rəhbərliyi ilə konstruktiv əməkdaşlığa hazırdır.
Moskva Türkiyənin qanuni rəhbərliyi ilə konstruktiv əməkdaşlığa hazırdır

Bakı. Trend:

Moskva Türkiyənin qanuni seçilmiş rəhbərliyi ilə konstruktiv əməkdaşlığa hazırdır. Trend RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Moskva həmçinin, Türkiyə hakimiyyətini və xalqını ölkədə olan problemləri güc tətbiq etmədən, Konstitutsiya qaydalarına hörmət etməklə həll etməyə çağırıb.

Qeyd edək ki, ötən gecə Türkiyədə hərbi çevrilişə cəhd olub. Hadisə nəticəsində 90 nəfər həlak olub, 1500-dən çox yaralı var. Qiyamçı hərbçilərdən isə 104 nəfər həlak olub. Hərbi çevrilişə cəhdə görə saxlanılanların sayı 1563 nəfərə çatıb. Türkiyədə hakimiyyətə təslim olan hərbçilərin sayı 700 nəfərə çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti