Bakı. Trend:
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan xalqa müraciət edib.
Trend-in TASS-a istinadən verdiyi məlumata görə, dövlət başçısı xalqı ölkədəki vəziyyətə təmkinli yanaşmağa çağırıb.
R.T.Ərdoğan bildirib ki, Türkiyədə çevriliş cəhdindən sonra həbs olunan hərbçilərin və mülki şəxslərin sayı 13 156 nəfər təşkil edib. Onların arasında 126 general var.
Qeyd edək ki, Türkiyədə iyulun 15-dən 16-na keçən gecə dövlət çevrilişinə cəhd edilib.