Bakı. Rufiz Hafizoğlu - Trend:
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana sui-qəsd planlaşdıran 37 hərbçidən 36-sı saxlanılıb. Trend-in TRT Haber telekanalına istinadən verdiyi məlumata görə, bu barədə Türkiyə baş nazirinin müavini Numan Kurtulmuş deyib.
O bildirib ki, hazırda Türkiyə prezidentinə sui-qəsd planlaşdırmaqda iştirak edən bir hərbçinin axtarışları davam edir.
Qeyd edək ki, Türkiyədə iyulun 15-dən 16-na keçən gecə dövlət çevrilişinə cəhd edilib. Hadisədə 246 nəfər ölüb, 2000-dən çox insan xəsarət alıb.