Bakı. Rufiz Hafizoğlu - Trend:
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiyaya səfəri zamanı Ankara və Moskva bir sıra mühüm məsələləri müzakirə edəcəklər. Trend "TRT Haber" telekanalına istinadən məlumat verir ki, bunu Türkiyənin Baş naziri Binəli Yıldırım deyib.
Onun sözlərinə görə, tərəflər həmçinin Suriya böhranının nizamlanması prosesini müzakirə edəcəklər.