...

Türkiyə tankları Suriyaya daxil oldu

Dünya xəbərləri Materials 24 Avqust 2016 12:10 (UTC +04:00)
Türkiyə Hərbi Qüvvələri tankları Suriya ərazisinə daxil olub.
Türkiyə tankları Suriyaya daxil oldu

Türkiyə Hərbi Qüvvələri tankları Suriya ərazisinə daxil olub. Trend bu barədə Türkiyə Baş Qərargahının məlumatına istinadən məlumat verir.

Qeyd edək ki, Türkiyə xüsusi təyinatlıları Suriyanın şimalında Hələbə yaxın yerləşən Carablus şəhərinin İŞİD silahlılarından azad edilməsi əməliyyatları çərçivəsində Suriya ərazisinə daxil olublar.

Bu gün səhər saatlarından başlayaraq Türkiyə ordusu koalisiya hərbi təyyarələrinin iştirakı ilə hərbi əməliyyatlara başlayıb.

Türkiyənin bir neçə iri şəhərlərində İŞİD tərəfindən törədilən terror hadisələrindən sonra ölkədə təhlükəsizlik tədbirləri gücləndirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti