...

İranın ən iri qaz yatağı yanır

Dünya xəbərləri Materials 30 Avqust 2016 20:32 (UTC +04:00)
İranın ən iri qaz yataqlarından olan Cənubi Fars yatağında yanğın baş verib.
İranın ən iri qaz yatağı yanır

İranın ən iri qaz yataqlarından olan Cənubi Fars yatağında yanğın baş verib.

Bu barədə Trend RİA Novosti-yə istinadən xəbər verir.

Məlumata görə, yanğında xəsarət alan yoxdur. Buşer əyalətinin fövqəladə hallar xidmətinin əməkdaşı bildirib ki, yanğın yatağın ərazisindəki qaz tullantıları anbarında baş verib və alovun komleksdəki digər obyektlərə keçmə təhlükəsi yoxdur.

Qeyd edək ki, Cənubi Fars yatağı Fars körfəzinin mərkəzi hissəsində yerləşən ən iri qaz yatağıdır. Yatağın ümumi qaz ehtiyatı 12 trilyon kubmetrdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti