Daşkənd. Dəmir Əzizov - Trend:
Səmərqənddə mərhum Özbəkistan Prezidenti İslam Kərimovla vida mərasimi başlayıb.
Bu barədə Trend-ə dəfn mərasiminin təşkili üzrə komissiyadan məlumat verilib.
Zala dövlət və parlament rəhbərləri, ictimaiyyət nümayəndələri, eləcə də xarici ölkələrin nümayəndə heyətləri toplaşıblar.
Mərasimdə Milli Məclisin sədri Oqtay Əsədovun başçılığı ilə Azərbaycan nümayəndə heyəti də iştirak edir.
Hazırda Səmərqəndə 20-dən çox ölkənin, həmçinin beynəlxalq təşkilatların nümayəndə heyətləri gəlib.
Qeyd edək ki, İ.Kərimov sentyabrın 2-də vəfat edib.