Bakı. Trend:
Misirin məktəbəqədər müəssisələri və ibtidai məktəblərində müəllimələrə dərslərə niqabda gəlmək qadağan edilib.
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Misirin ibtidai və orta təhsil naziri Hilyal əş-Şərbani deyib.
Qeyd edək ki, Misirdə məktəblərdə dərslər sentyabrın 24-də başlayır.