...

Xəstəxanada yanğın - 2 nəfər yanaraq öldü

Dünya xəbərləri Materials 30 Sentyabr 2016 10:09 (UTC +04:00)

Bakı. Trend:

Almaniyanın şəhəri Bohumda universitet klinikasında güclü yanğın baş verib. Trend TACC-a istinadən məlumat verir ki, yanğın nəticəsində 2 nəfər yanaraq ölüb, 15 nəfər xəsarət alıb.

Yanğın başlayan zaman klinikanın digər mərtəbələrindəki xəstələri təxliyə etmək mümkün olub. Hadisə yerində xüsusi xidmətin 200-dən artıq əməkdaşı çalışır, hələ də yanğınsöndürənlər maşınlar var. Hadisə nəticəsində taleyi məlum olmayanlar da var.

Yanğının səbəbi hələ məlum deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti