...

BTQ layihəsi qısa müddətdə başa çatmalıdır - Əhməd Arslan

Dünya xəbərləri Materials 14 Oktyabr 2016 06:33 (UTC +04:00)
Ankara Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun Türkiyə hissəsinin tikintisinin başa çatdırılmasında qərarlıdı
BTQ layihəsi qısa müddətdə başa çatmalıdır -  Əhməd Arslan

Bakı. Trend:

Ankara Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun Türkiyə hissəsinin tikintisinin başa çatdırılmasında qərarlıdı. Bunu Türkiyənin nəqliyyat, gəmiçilik və rabitə naziri Əhməd Arslan bildirib.

Trend-in Anadolu agentliyinə istinadən verdiyi məlumata görə, Arslan deyib ki, BTQ dəmiryolunun Türkiyə hissəsinin tikintisi son mərhələdədir.

"Bu layihə qısa müddətdə başa çatmalıdır. Bu dəmir yolu vasitəsilə birbaşa Çindən Avropaya əlaqə qurulacaq", - nazir deyib.

Qeyd edək ki, Bakı-Tbilisi-Qars dəmir yolu Gürcüstan-Azərbaycan-Türkiyə dövlətlərarası razılaşması əsasında inşa edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti