Ankara. Ahmed İsmuxan - Trend:
Türkiyənin İzmir vilayətində xüsusi əməliyyat çərçivəsində İŞİD terror təşkilatının 5 üzvü saxlanılıb. Trend-in verdiyi məlumata görə, bu barədə vilayətin Polis İdarəsinin məlumatında qeyd olunur.
Məlumata görə, saxlanılan şəxslər İraq və Suriyada qeyri-qanuni qruplaşmaların tərkibində olublar.
Məlumatda həmçinin qeyd olunur ki, İzmirdə İŞİD əleyhinə əməliyyat hələ də davam edir.