...

ABŞ dövlət katibi postuna namizədlərin rəsmi siyahısı açıqlanıb

Dünya xəbərləri Materials 2 Dekabr 2016 20:14 (UTC +04:00)
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın formalaşdırdığı administrasiyada dövlət katibi postuna namizədlərin siyahısı açıqlanıb.
ABŞ dövlət katibi postuna namizədlərin rəsmi siyahısı açıqlanıb

Bakı. Trend:

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın formalaşdırdığı administrasiyada dövlət katibi postuna namizədlərin siyahısı açıqlanıb.

Trend "TASS" agentliyinə istinadən xəbər verir ki, rəsmi siyahıya Massaçusets ştatının keçmiş qubernatoru Mitt Romni, Nyu-Yorkun keçmiş meri Rudi Juliani, senator Robert Korker, Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş direktoru Devid Petreus daxildir.

"Fox News" telekanalına müsahibəsində D.Trampın baş müşaviri Kellienn Konuey namizədləri təsdiqləyib. "Biz artıq bəyan etmişik ki, seçim 4 nəfər arasında aparılacaq".

D.Tramp da müsahibəsində söyləyib ki, yaxın həftələrdə demək olar ki, kabinetin tam tərkibi formalaşdırılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti