...

İstanbuldakı terror aktından sonra 568 nəfər saxlanılıb

Dünya xəbərləri Materials 13 Dekabr 2016 19:34 (UTC +04:00)

Bakı. Trend:

Dekabrın 12-13-də keçirilmiş xüsusi əməliyyat nəticəsində, Türkiyə polisi PKK ilə əməkdaşlıqda şübhəli bilinən 568 nəfəri saxlayıb.

Trend "Anadolu" agentliyinə istinadən xəbər verir ki, əməliyyatlar Ankara, İstanbul, Gaziantep, İzmir, Adana, Antalya, Diyarbəkir də daxil olmaqla Türkiyənin 28 şəhər və əyalətində keçirilib.

Qeyd edək ki, dekabrın 10-da İstanbulun mərkəzində, futbol stadionunda iki güclü partlayış baş verib. Hadisədə 38-i polis olmaqla 44 nəfər ölüb. Hakimiyyət orqanları teraktı təşkil etməkdə PKK-nı ittiham edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti