...

Rusiya XİN: Səfir Andrey Karlov Suriya müxalifəti ilə təmasda idi

Dünya xəbərləri Materials 20 Dekabr 2016 12:33 (UTC +04:00)
Ötən gün qətlə yetirilmiş Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun Suriya müxalifəti ilə təmasda idi.
Rusiya XİN: Səfir Andrey Karlov Suriya müxalifəti ilə təmasda idi

Bakı. Trend:

Ötən gün qətlə yetirilmiş Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun Suriya müxalifəti ilə təmasda idi.

Trend-in "Haber 7" qəzetinə istinadən verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova deyib.

O qeyd edib: "Andrey Karlov Suriya müxalifəti ilə təmasda olan bir insan idi, onlarla dialoq qurmağa çalışırdı".

Rusiya qırıcısının vurulmasından sonra iki ölkənin münasibətlərini bərpa etməyə səy göstərən A.Karlov Suriyada dinc danışıqların aparılmasında əsas simalardan biri idi.

Qeyd edək ki, Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov ötən gün Ankarada Müasir Sənət Mərkəzində rəsm sərgisinin açılışında çıxış edərkən silahlı hücuma məruz qalaraq öldürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti