...

Türkiyədə Rusiya səfirinin qətlində şübhəli bilinən 13 nəfər saxlanılıb

Dünya xəbərləri Materials 21 Dekabr 2016 11:41 (UTC +04:00)
Ankara, İzmir və Aydın vilayətlərində Rusiyanın Türkiyədəki səfirinin qətlində şübhəli bilinən 13 nəfər saxlanılıb.
Türkiyədə Rusiya səfirinin qətlində şübhəli bilinən 13 nəfər saxlanılıb

Bakı. Trend:

Ankara, İzmir və Aydın vilayətlərində Rusiyanın Türkiyədəki səfirinin qətlində şübhəli bilinən 13 nəfər saxlanılıb.

Bu barədə Trend NTV telekanalına istinadən məlumat verir.

Bundan əvvəl qatilin 6 qohumunun saxlanıldığı bildirilirdi.

Qeyd edək ki, Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov dekabrın 19-da Ankarada Müasir Sənət Mərkəzində rəsm sərgisinin açılışında çıxış edərkən silahlı hücuma məruz qalaraq öldürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti