...

AirBaltic aviaşirkətinin təyyarəsi Riqada qəza enişi edib

Dünya xəbərləri Materials 29 Dekabr 2016 04:24 (UTC +04:00)
AirBaltic aviaşirkətinə məxsus Kopenhagendən Riqaya uçan təyyarə Riqada qəza enişi edib
AirBaltic aviaşirkətinin təyyarəsi Riqada qəza enişi edib

Bakı. Trend:

AirBaltic aviaşirkətinə məxsus Kopenhagendən Riqaya uçan təyyarə Riqada qəza enişi edib.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu hava limanının idarə heyətinin üzvü Talis Linkaytis jurnalistlərə deyib.

"Təyyarənin şassisində problem yaranmışdı", - Linkaytis deyib.

AirBaltic aviaşirkətinin nümayəndəsi Yanis Vanaqs bildirib ki, texniki səbəblərdən hava limanında gücləndirilmiş təhlükəsizlik tədbirləri görülüb.

İlkin məlumata görə, təyyarədə 64 sərnişin və ekipajın dörd üzvü olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti