...

Yıldırım: Avropanın təhlükəsizliyi Türkiyədən başlayır

Dünya xəbərləri Materials 10 Yanvar 2017 20:03 (UTC +04:00)

Bakı. Trend:

Türkiyənin Baş naziri Binəli Yıldırım Qərbin terror təşkilatları ilə bağlı mövqeyini tənqid edib.

Trend-in "Anadolu" agentliyinə istinadən məlumatına görə, Baş nazir bildirib ki, terrorçu təşkilatlara qarşı ikili standartlar qlobal sülhə ən böyük xəyanətdir:

"Türkiyənin müttəfiqi və tərəfdaşı olan Avropa terrorçulara fərqli yanaşır. İş PKK-ya gələndə Avropa göz yumur, söhbət İŞİD-dən gedəndə isə tamamilə əks mövqe tutur. Avropanın təhlükəsizliyi Türkiyədən başlayır. Əgər Türkiyənin təhlükəsizliyi təmin olunsa, Avropa üçün də təhlükə qalmaz."

Məqalədə:
Xəbər lenti

Xəbər lenti