...

Rusiyada ağır yol qəzasl baş verib

Dünya xəbərləri Materials 15 Yanvar 2017 07:27 (UTC +04:00)
Rusiyanın Saratov vilayətində miniven və yük avtomobili toqquşub.
Rusiyada ağır yol qəzasl baş verib

Bakı. Trend:

Rusiyanın Saratov vilayətində miniven və yük avtomobili toqquşub.

Trend "RİA Novosti"yə istinadən veridyi məlumata görə, qəza nəticəsində 7 nəfər həlak olub.

Məlumata görə, Volvo markalı avtomobilinin sürücüsü idarəetməni itirərək qarşıdan gələn Toyota markalı avtomobil ilə toqquşub və hər iki avtomobil dərəyə düşüb.

Hadisə yerində yol polisi və təcili xidmət əməkdaşları işlər aparırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti