...

17 yanvar Qırğızıstanda matəm elan oluna bilər - Fərman hazırlanır

Dünya xəbərləri Materials 16 Yanvar 2017 10:01 (UTC +04:00)
Qırğızıstanda 17 yanvar tarixinin matəm elan olunması ilə bağlı fərman hazırlanır.
17 yanvar Qırğızıstanda matəm elan oluna bilər - Fərman hazırlanır

Bakı. Trend:

Qırğızıstanda 17 yanvar tarixinin matəm elan olunması ilə bağlı fərman hazırlanır.

Trend-in məlumatına görə, bu barədə RİA Novosti-yə Qırğızıstan Prezidentinin mətbuat xidmətindən bildiriblər.

Qeyd edək ki, bu gün səhər saatlarında Bişkek yaxınlığında Türkiyənin "Türk Hava Yolları" aviaşirkətinə məxsus "Boeing 747-400" yük təyyarəsi qəzaya uğrayıb.

Təyyarənin yaşayış qəsəbəsi üzərində qəzaya uğraması nəticəsində ekipaj üzvləri və qəsəbə sakinləri də daxil omaqla 32 nəfərin həlak olduğu bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti