...

Tramp Aİ sədri ilə Avropa Komissiyasının rəhbərini səhv salıb

Dünya xəbərləri Materials 16 Yanvar 2017 16:15 (UTC +04:00)
Donald Tramp "Bilq" qəzetinə müsahibəsi zamanı Avropa İttifaqının (Aİ) sədri Donald Tuskla Avropa Komissiyasının rəhbəri Jan-Klod Yunkeri səhv salıb.
Tramp Aİ sədri ilə Avropa Komissiyasının rəhbərini səhv salıb

Bakı. Trend:

ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp "Bilq" qəzetinə müsahibəsi zamanı Avropa İttifaqının (Aİ) sədri Donald Tuskla Avropa Komissiyasının rəhbəri Jan-Klod Yunkeri səhv salıb.

Trend-in məlumatına görə, D.Tramp müsahibəsində belə deyib: "Mən Avropa İttifaqının rəhbəri ilə danışdım". Bu an müxbir dəqiqləşdirmək istəyib: "Cənab Yunkerlə?" Yeni Prezident cavabında bildirib: "Bəli. O məni qələbə münasibətilə təbrik etmək üçün zəng etdi".

"Welt" qəzeti isə yazır ki, D.Trampla J.Yunker arasında telefon danışığı olmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti